Yuxarı

Rusiyadan gələn ermənilərə xəbərdarlıq: Həbs olunacaqsınız

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan gələn ermənilərə xəbərdarlıq: Həbs olunacaqsınız

Hərbi toplanışlardan yayınmağa görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Axar.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prokurorluğu məlumat yayıb.

Qurum bildirib ki, hökumət ehtiyatda olan əsgər, çavuş və zabit heyəti üçün təlim-məşq toplanışları elan edib. Qanunvericiliyə əsasən, ölkə ərazisində olan vətəndaşlar çağırış vərəqəsi aldıqdan sonra hərbi komissarlığa gəlməyə borcludurlar.

Bu fonda bir sıra erməni Teleqram kanalları Rusiyadan gələn çağırış yaşında olan vətəndaşların ölkədən çıxışına məhdudiyyət qoyulduğunu iddia edib. Bildirilir ki, bu şəxslər hərbi xidmətə və ya təlim-məşq toplanışlarına göndərilmək üçün ölkədən buraxılmırlar.

İddialara görə, məhdudiyyətlər iyunun 7-də keçirilən səsvermədə iştirak etmək üçün Ermənistana gələn şəxslərə də şamil olunur. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Bundan əvvəl də İrəvan hava limanında ehtiyatda olan hərbi qulluqçulara çağırış vərəqələrinin təqdim edildiyi barədə məlumatlar yayılmışdı.

Tarix
2026.06.06 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla