Yuxarı

Milyonçular niyə yaşadığı ölkələri tərk edirlər?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyonçular niyə yaşadığı ölkələri tərk edirlər?

Qlobal qeyri-sabitlik hətta ən varlı insanları da yaşamaq üçün yeni yerlər axtarmağa məcbur edir. Əgər əvvəllər imkanlı şəxslər əsasən vergi güzəştlərinə görə köçürdülərsə, indi təhlükəsizlik, siyasi qeyri-müəyyənlik və “ehtiyat plan”a sahib olmaq istəyi getdikcə daha vacib motivlərə çevrilir.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşrindəki məqalədə bildirilib.

Tədqiqat şirkəti “New World Wealth”in qiymətləndirməsinə görə, 2025-ci ildə 140 mindən çox milyonçu yaşadığı ölkəni dəyişib ki, bu da mütləq rekord hesab olunur. 2026-cı ildə bu göstəricinin 165 min nəfərə çatacağı gözlənilir. Eyni zamanda, varlı müştərilərə başqa ölkələrdə yaşayış icazəsi və ya vətəndaşlıq almaqda kömək edən investisiya miqrasiyası sənayesinin həcmi təxminən 40 milyard dollara çatıb. Bu, altı il əvvəlki göstəricidən iki dəfə çoxdur.

Son illərdə varlı insanlar üçün əsas cazibə mərkəzlərindən biri Dubay olub. Əmirlik aşağı vergilər və sadə köçürülmə şərtləri sayəsində Asiya, Afrika və Yaxın Şərq ölkələrindən olan iş adamlarını fəal şəkildə cəlb edib. Lakin Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra potensial miqrantların bir hissəsi alternativ istiqamətləri nəzərdən keçirməyə başlayıblar.

Ekspertlər qeyd edirlər ki, Qərb ölkələrində yaşayan imkanlı şəxslər arasında da köçmək marağı artır. Böyük Britaniyada bu tendensiya pandemiyadan sonra başlayıb. Fransa, Almaniya və İspaniya vətəndaşlarını isə mümkün vergi dəyişiklikləri daha çox narahat edir. İlk dəfə olaraq bu ölkələr varlı sakinləri cəlb etdiyindən daha çox itirən dövlətlər siyahısına daxil olublar.

Tarix
2026.06.12 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla