Yuxarı

ÜST-dən çağırış: Növbəti pandemiyaya hazır olun!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜST-dən çağırış: Növbəti pandemiyaya hazır olun!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva dünya liderlərini gələcək pandemiyalara qarşı hazırlığı gücləndirmək üçün pandemiya sazişinə siyasi dəstək verməyə çağırıblar.

Axar.az Trend-ə istinadən xəbər verir ki, G7 sammiti ərəfəsində yayılan birgə məktubda vurğulanıb ki, “növbəti pandemiya bizi gözləməyəcək” və COVİD-19 zamanı verilən vədlər yerinə yetirilməlidir.

Liderlər pandemiyaya səbəb ola biləcək patogenlər barədə məlumatların paylaşılması, həmçinin peyvənd, test və müalicələrə bərabər çıxış mexanizmləri üzərində razılığa gəlməyin vacibliyini qeyd ediblər.

İnkişaf etməkdə olan ölkələr COVİD-19 dövründə olduğu kimi, yenidən peyvənd və müalicələrə ən son çıxış əldə etmək riskindən narahatdır. Ekspertlər isə Ebola və hantavirus kimi yoluxucu xəstəliklərin getdikcə daha geniş yayıldığını bildirirlər.

Onlar həmçinin bildiriblər ki, COCİD iqtisadiyyatlara 13 trilyon dollardan (9,6 trilyon funt sterlinq) çox ziyan vurub. Bunun əksinə olaraq, erkən mərhələdə yoluxma halını aşkar edən sistemə qoyulan investisiya azdır.

Tarix
2026.06.16 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla