Yuxarı

Moskvaya PUA hücumu: Neft emalı zavodu vuruldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvaya PUA hücumu: Neft emalı zavodu vuruldu - Video

Moskvaya növbəti pilotsuz uçuş aparatı hücumu zamanı bir neçə dron Moskva neft emalı zavodunu hədəfə alıb.

Axar.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri paytaxta yaxınlaşan 33 PUA-nı məhv edib.

Dronlardan birinin qalıqları Moskvanın cənub-şərqində yerləşən ticarət mərkəzinin ərazisinə düşüb. Nəticədə binalardan biri cüzi zədələnib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Hücum fonunda Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sergey Sobyanin bildirib ki, Moskva istiqamətində PUA hücumu davam edir və Moskva neft emalı zavoduna edilən zərbələrin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.

Tarix
2026.06.18 / 09:16
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla