Yuxarı

Rusiyadan ABŞ-a cavab: “Atı su kənarına…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ABŞ-a cavab: “Atı su kənarına…”

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ Dövlət katibi Con Kerrinin ittihamlarına cavab verib.

Axar.az xəbər verir ki, Moskva rəsmisi təhdid siyasəti ilə ABŞ-ın heç nəyə nail olmayacağını deyib:

"Bu, (Kerrinin açıqlaması. – red.) ABŞ və müştərilərinin lehinə olacaq qərarları zorla qəbul etdirmək məqsədilə tətbiq olunan bir təhdid və şantaj siyasətidir. Bu şəkildə anlaşma əldə etmək olmaz. Bir atı su kənarına gətirə bilərsiniz, amma əsla o atı su içməyə məcbur edə bilməzsiniz.

Bizim də öz maraqlarımız, prinsiplərimiz var. Rusiya və ABŞ arasında Suriya ilə bağlı razılaşma hər kəs üçün uyğun prinsiplər üzərində qurulduğuna görə uzun müddət davam edib. İndi bu razılaşma ABŞ tərəfindən tənqid edilir. Bu, onların seçimidir".

Xatırladaq ki, ABŞ Dövlət katibi Con Kerri Suriyanın Hələb şəhərində hava əməliyyatlarının davam edəcəyi halda Rusiya ilə danışıqların dayandırılacağını açıqlayıb.

Tarix
2016.09.29 / 14:18
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla