Yuxarı

Qardaş ölkə məktəblərdə yeni sistem yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaş ölkə məktəblərdə yeni sistem yaratdı

Türkiyədə yeni tədris ilindən etibarən bütün məktəblərdəki müşahidə kameraları şəhər təhlükəsizlik sistemi ilə inteqrasiya olunacaq.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu qərar sayəsində polis məktəblərin ərazisini 24 saat real vaxt rejimində izləyə biləcək. Təşəbbüs İstanbul, Qəhrəmanmaraş və Siverekdə məktəblərə və müəllimlərə qarşı baş vermiş hücumlardan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.

Bildirilib ki, layihə “Məktəb Təhlükəsizliyi Qalxanı” adlı yeddi mərhələli təhlükəsizlik modeli çərçivəsində həyata keçiriləcək. Plana risklərin qiymətləndirilməsi, fiziki təhlükəsizliyin gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi, psixoloji dəstək proqramları, polis və məktəb rəhbərliyi arasında koordinasiya, dövlət qurumları arasında əməkdaşlıq və fövqəladə hallarla bağlı müntəzəm təlimlər daxildir.

Bundan başqa, hər məktəb üçün fərdi təhlükəsizlik planı hazırlanacaq. Riskli hesab olunan məktəblərdə silahlı polis əməkdaşlarının növbətçiliyi davam etdiriləcək, bəzi təhsil müəssisələrinin ətrafında isə polis patrulları gücləndiriləcək. Layihə çərçivəsində şagirdlərə psixoloji dəstəyin artırılması və davranışında, o cümlədən internet fəaliyyətində risk əlamətləri müşahidə olunan uşaqlara xüsusi diqqət yetirilməsi də nəzərdə tutulur.

Tarix
2026.06.29 / 15:17
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla