Yuxarı

Rusiya Kiyevi vurdu: ölənlərin sayı artdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Kiyevi vurdu: ölənlərin sayı artdı - Video

08:10

Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.

Axar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.

Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.

***

Rusiyanın Ukraynaya endirdiyi kütləvi hava hücumu nəticəsində Kiyevdə ciddi dağıntılar baş verib, ölən və yaralananların sayı artır.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində 8 nəfər həlak olub, 34 nəfər yaralanıb.

Tkaçenko əlavə edib ki, şəhər üzrə ümumilikdə 28 məntəqəyə zərbələr endirilib:

"Zərər görən obyektlərin əksəriyyətini yaşayış binaları və mülki infrastruktur təşkil edir".

***

Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 10-a çatıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

***

Rusiyanın Kiyevə endirdiyi hava zərbələri nəticəsində 11 nəfər həlak olub, 56 nəfər yaralanıb.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, hazırda xilasetmə işləri davam etdirilir.

***

Hava zərbələri nəticəsində Kiyevdə ölənlərin sayı 13 nəfərə çatıb, 86 nəfər isə yaralanıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 70 nəfəri xəstəxanaya yerləşdirilib.

***

Rusiya tərəfindən Kiyevə endirilən kütləvi hava zərbəsi nəticəsində həlak olanların sayı 17 nəfərə yüksəlib.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.

***

Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqramda bildirib.

***

İyulun 2-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Tarix
2026.07.02 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla