Yuxarı

AB Ermənistanı Rusiyadan qoparır - Leyen elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Ermənistanı Rusiyadan qoparır - Leyen elan etdi

Bilirəm ki, Ermənistan hələ də Rusiya tərəfindən ciddi iqtisadi təzyiqlə üzləşir.

Axar.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“Amma əmin olun, tərəfdaşlarımıza təzyiq göstərildikdə, Avropa Birliyi həmişə irəliyə doğru addımlar atır. Və bu gün iki tədbir barədə elan etmək istəyirəm.

Birincisi, siz tezliklə ticarətinizi gücləndirmək və şaxələndirmək üçün əlavə 18 milyon avro alacaqsınız. Bu maliyyələşdirmə Ermənistan bizneslərinin ixrac potensialını artırmaq üçün İxracın Təşviqi Agentliyinin yaradılmasına kömək edə bilər. Bu 18 milyon avro iyunun əvvəlində telefon danışığımız zamanı müzakirə etdiyimiz 52 milyon avroluq yardım paketinin son hissəsidir.

İkincisi, biz irəliyə doğru daha bir addım atdıq. Biz muxtar ticarət tədbirlərinin tətbiqini təklif edirik. Bu o deməkdir ki, bu tədbirlər Ermənistanın Avropa Birliyinə ixracının təxminən 80%-ni liberallaşdıracaq. Beləliklə, bizimlə ticarətinizin 80%-i artıq tarifsiz olacaq”, - Leyen bildirib.

Tarix
2026.07.02 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Bu qərar ölkəmizin daxili məsələsidir – Partiyadan bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla