Yuxarı

Çində dəhşətli yanğın: 28 nəfər öldü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində dəhşətli yanğın: 28 nəfər öldü - Video

18:18

Çinin Fucien əyalətinin Tszintszyan şəhərində ayaqqabı fabrikində güclü yanğın baş verib.

Axar.az Çin mediasına istinadla xəbər verir ki, yanğın nəticəsində ölənlərin və xəsarət alanların olduğu bildirilir, lakin hələlik dəqiq say açıqlanmayıb.

Yanğın məhdudlaşdırılsa da, alovun qarşısını hələ də tam almaq mümkün olmayıb. Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən və 35 xüsusi nəqliyyat vasitəsi cəlb olunub.

İlkin ehtimala görə, yanğın fabrikin birinci mərtəbəsində başlayıb. Binadakı tezalışan ayaqqabı materialları alovun sürətlə yayılmasına səbəb olub.

Qeyd edək ki, Tszintszyan şəhəri Çinin əsas ayaqqabı və geyim istehsalı mərkəzlərindən biridir. Bu şəhəri Çinin "ayaqqabı paytaxtı" adlandırırlar.

Çin Xalq Respublikasının rəhbəri Si Szinpin müvafiq qurumlara axtarış-xilasetmə əməliyyatının aparılması, hadisənin səbəblərinin araşdırılması ilə bağlı tapşırıq verib.

***

Tszintszyan şəhərində yerləşən ayaqqabı fabrikində baş vermiş yanğın nəticəsində 28 nəfər ölüb.

Tarix
2026.07.09 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla