Yuxarı

Bu qəbilənin torpağı zəbt edildi, özləri isə öldürülür - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qəbilənin torpağı zəbt edildi, özləri isə öldürülür - Video

Efiopiyanın Oromiya əyalətində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Axar.az xəbər verir ki, Oromo qəbiləsinin təşkil etdiyi milli bayram şənliyində hökumət əleyhinə şüarların səsləndirilməsindən sonra polis nümayişə müdaxilə edib. 100 mindən çox nümayişçini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edilib. Toqquşmadan qaçan minlərlə nümayişçi özünü gölə atıb.

Hökumət qaynaqları ilkin olaraq 52 nəfərin həyatını itirdiyini açıqlayıb. Fəallar isə 300 nəfərin öldüyünü, çoxsaylı insanın isə yaralandığını iddia edib.

Qeyd edək ki, Efiopiya hökumətinin ötən il Oromiya əyalətində aqrar əraziləri ekspropriasiya edərək paytaxt ərazisini genişləndirməyə çalışması nəticəsində 2015-ci ilin dekabr ayından 2016-cı ilin avqust ayına qədər hökumət əleyhinə etiraz aksiyaları təşkil edilib. Rəsmi məlumatlara görə, bu etirazlar nəticəsindən 200 nəfər həyatını itirib. Beynəlxalq insan haqları təşkilatları isə ölənlərin sayının daha çox olduğunu iddia edir.

Tarix
2016.10.02 / 22:35
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla