Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?
02:05
| Ana səhifə Planet |
|
ABŞ Dövlət katibi Marko Rubio faktiki olaraq Venesuelanın maliyyə sektoruna, onun təbii sərvətlərinin bölüşdürülməsinə və hökumətin fəaliyyətinə nəzarət edir.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
Mənbələrin sözlərinə görə, həmçinin Rubio Venesuelaya qarşı tətbiq olunan sanksiyalara nəzarət edir və bu ölkədə kimlərin hansı şərtlərlə biznes fəaliyyəti göstərə biləcəyinə qərar verir.
Digər tərəfdən, Rubio Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigeslə mütəmadi əlaqə saxlayır və onlar ispan dilində Votsap vasitəsilə mesajlaşırlar.
Nəşrin yazdığına görə, ABŞ-ın Venesuela ilə apardığı uğurlu siyasət Marko Rubionun siyasi gələcəyinə təsir göstərə bilər.
|
Tarix
2026.07.11 / 20:07
|
Müəllif
Ləman Cavadova
|