Yuxarı

Rusiya özünü qoruya bilmir, ABŞ bunu öyrənməlidir - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya özünü qoruya bilmir, ABŞ bunu öyrənməlidir - Ekspert

Ukrayna PUA-lardan kütləvi şəkildə istifadə etməklə Rusiyanı hazırlıqsız yaxaladı. Lakin görünür ki, dünyada heç kim bu səviyyədə olan təhlükəyə hazır deyil.

Axar.az xəbər verir ki, bu barədə amerikalı analitik Çak Devor “Foks Nyus” nəşrində dərc olunann məqaləsində bildirib.

O qeyd edib ki, Rusiya Ukrayna xəstəxanalarına və yaşayış binalarına müntəzəm olaraq raket və dronlarla zərbələr endirməyə davam edir. Bu cür hücumlar yüksək hərbi effektivliyə malik deyil və daha çox İkinci Dünya müharibəsi zamanı Almaniyanın Böyük Britaniya şəhərlərinə endirdiyi bənzər zərbələri, yəni mülki əhalini qorxutmaq kampaniyasını xatırladır.

Məlumata görə, bu hücumlar Ukraynanın müqavimətini qırmayıb, əksinə, Kiyevin mübarizəni davam etdirmək əzmini daha da gücləndirib.

Lakin ruslardan fərqli olaraq, ukraynalılar sistemli şəkildə hərbi-sənaye obyektlərinə - yanacaq karvanlarına, sursat anbarlarına, dəmir yolu qovşaqlarına və körpülərə zərbələr endirirlər. Bu isə cənub istiqamətində Rusiya qoşunlarının təchizatını əhəmiyyətli dərəcədə çətinləşdirib.

Bundan əlavə, Ukrayna Rusiya neftinin ixracı üçün istifadə olunan "kölgə donanması" adlandırılan gəmilərə də hücum edir.

Devorun fikrincə, Ukraynanın zərbələri nəticəsində Rusiyanın üzləşdiyi hazırkı problemlər ABŞ üçün xəbərdarlıq olmalıdır.

ABŞ Hərbi Dəniz Qüvvələri, o cümlədən təyyarədaşıyan gəmilər həm havadan, həm də dənizdən həyata keçirilən kütləvi dron hücumlarına qarşı həssas olaraq qalır. Həmçinin ABŞ-ın aviabazaları, enerji sistemi və digər kritik əhəmiyyətli infrastrukturu da hələ də lazımi səviyyədə qorunmur.

"Qarşı tərəflər belə "dron sürüləri"ni Kubadan və ya Meksikadan, yaxud da sahil yaxınlığında hərəkət edən Çin ticarət gəmilərindən buraxa bilərlər. ABŞ bu qorunma üsulunu tez bir zamanda mənimsəməlidir. Alternativ yol isə bu həqiqətləri öz acı təcrübəsi hesabına öyrənməkdir", - deyə analitik xəbərdarlıq edib.

Tarix
2026.07.12 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla