Yuxarı

Hörmüzün cənub marşrutu açıqdır – Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hörmüzün cənub marşrutu açıqdır – Rəsmi

Birləşmiş Dəniz Məlumat Mərkəzi (Joint Maritime Information Center – JMIC) Hörmüz boğazının cənub marşrutunun gəmilərin hərəkəti üçün əlçatan olaraq qaldığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə təşkilatın X hesabında yayımladığı bəyanatda bildirilib.

Mərkəz eyni zamanda regionda təhlükə səviyyəsinin yüksək olduğunu qeyd edib. Açıqlamada İranın iyulun 12-də Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatına baxmayaraq, cənub marşrutunun fəaliyyətini davam etdirdiyi və ikitərəfli gəmi hərəkətini təmin etmək məqsədilə genişləndirildiyi vurğulanıb.

"Dənizçilər hərbi-dəniz qüvvələri tərəfindən VHF rabitəsi vasitəsilə edilən çağırışlara hazır olmalı və ənənəvi hərəkətin bölüşdürülməsi sistemində mina təhlükəsi zonasını nəzərə almalıdırlar", – məlumatda qeyd olunub.

JMIC bildirib ki, dənizçilərə NCAGS (Dəniz Ticarət Gəmilərinin Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilməsi sistemi) ilə əlaqəni saxlamaq tövsiyə olunur. Bununla belə, gəmilər cənub marşrutu ilə əlavə koordinasiya olmadan sərbəst şəkildə hərəkət edə bilərlər.

Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ABŞ Hörmüz boğazı ilə bağlı məsələlərə müdaxilə cəhdlərini dayandırmayana qədər gəmilərin keçidinə icazə verilməyəcəyi barədə xəbərdarlıq etmişdilər.

Tarix
2026.07.12 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla