Tarix boyu dünyanın müxtəlif ölkələrində ərlərinə
xəyanət edən qadınlar müxtəlif işgəncələrlə
cəzalandırılıb.
Axar.az dünyanın ən qəddar 10 cəzasının siyahısını təqdim
edir:
Türkiyə
Ərinə xəyanət edən qadını bir pişiklə torbaya salaraq torbaya
çoxlu zərbələr endirilirdi. Vəhşiləşən pişik qadının bədəninə və
sifətinə cırmaq atarkən zərbələr onu yavaş-yavaş öldürürdü.
Koreya
Qadını sirkə içməyə məcbur edirdilər. O, bədəni şişənə və son
nəfəsinə qədər sirkəni içməli idi.
Pakistan
Bu ölkədə mövcud olan şəriət qanunlarına uyğun olaraq, ərinə
xəyanət edən qadınlar hamının gözü qarşısında asılır.
Afrika
Luanqo krallığında xəyanət edən qadını sevgilisi ilə şəlalədən
aşağı atırlar.
Siam
Siamda xəyanət edən qadının üzərinə fil salınırdı. Fil onu böyük
işgəncə ilə tapdalayaraq öldürürdü.
Şimali Birma
Karen tayfasına mənsub qızlar 5 yaşına çatan zaman onların
boynuna mis və yaxud da latun həlqələr salınır. Tayfa qadınlarının
yaşı artdıqca onların boyunlarına taxılan mis həlqələrin sayı da
artır. Bu həlqələr ömür boyu onların boynunda qalır. Həlqələrin
çəkisi təxminən 5-6 kiloqrama bərabər olur.
Qadın ərinə xəyanət etdikdə cəza olaraq onun boynundan həlqələr
çıxarılır. Bunun nəticəsində metal həlqələrin təsirindən
deformasiyaya uğrayıb xeyli uzanmış, hərəkətsizlikdən zəifləmiş
boyun əzələləri yumşaq və zəif olur. Belə qadınlar artıq dayaq
olmadan başlarını boyunlarının üstündə saxlaya bilmirlər.
Həyatlarının sonuna kimi yataqda uzanıb yatmağa məhkum olurlar.
Əfqanıstan
Əfqanıstan qanunvericiliyinə görə, xəyanət edən qadınlar ya 10
il həbs olunur, ya da 100 şallaq cəzasına məhkum edilir.
Yeni Qvineya
Burdakı qədim adətlərə görə, qadınlar yox, onların məşuqu
cəzalandırılır. Adətə görə, ər həyat yoldaşının əlaqədə olduğu
adamın başını kəsir. Edamdan öncə isə həmin şəxs əlaqədə olduğu
qadının barmağını yeməlidir.
İran, Mavritaniya, BƏƏ, Nigeriya və
Səudiyyə
Burda xəyanət edən qadınlar məhkəmə olmadan ər tərəfindən
amansızlıqla edam edilir.
Amerika
Amerikada bir zamanlar yaşayan tayfalarda belə bir adət olub.
Xəyanətkar aşkar edildikdən sonra onu tayfa başçısının ayaqları
altına atır, daha sonra sümüklərini qırıb, bir neçə hissəyə
parçalayırdılar və bütün cəmiyyət bundan öz yeməklərində istifadə
edirdi.