Yuxarı

Bu təşəbbüsü məhz İlham Əliyev irəli sürüb - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu təşəbbüsü məhz İlham Əliyev irəli sürüb - Lavrov

Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminin həlli ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, tərəflər Xəzərin ekoloji məsələlərinə, o cümlədən onun dayazlaşması probleminə diqqət yetiriblər.

“Bir daha xatırladım ki, bu problemlərin nəzərdən keçirilməsi təşəbbüsünü məhz Azərbaycan Prezidenti irəli sürüb. O cümlədən azərbaycanlı həmkarlarımız konkret olaraq dayazlaşma problemi ilə bağlı Rusiya tərəfinin təkliflərini dəstəkləyəcəklərinə söz veriblər”, - deyə Lavrov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya ekoloji vəziyyəti bilavasitə yerində öyrənmək üçün mütəmadi olaraq hidroqrafik gəmidə ekspertlərin səfərlərini təşkil edir və Xəzərin ekosisteminin qorunmasına yönəlmiş istənilən təşəbbüsləri dəstəkləmək niyyətindədir.

Bundan əlavə, rusiyalı nazir Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesinin tezliklə başa çatdırılmasının vacibliyini vurğulayıb:

“İran istisna olmaqla, bütün Xəzəryanı dövlətlər artıq sənədi ratifikasiya edib. Bu, Xəzərin hüquqi tənzimlənməsi məsələlərinin nəhayət bağlanması üçün vacibdir. Baxmayaraq ki, Xəzər regionu ölkələri Konvensiyada yer alan fundamental öhdəlikləri praktiki olaraq yerinə yetirməyə çalışırlar”.

Tarix
2026.07.17 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla