Yuxarı

Humanoid robot şagirdlərə dərs deyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Humanoid robot şagirdlərə dərs deyəcək

Nyu York şəhərində ölkənin ən böyük məktəb dairəsində humanoid robot müəyyən dərsləri tədris edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Trending Politics” xəbər platformasının həmtəsisçisi Kollin Reyq X-də dərc olunmuş məqaləsində bildirib.

"Nyu York şəhər məktəb dairəsi ABŞ-da sinif otağına humanoid robot inteqrasiya edən ilk məktəblərdən biri olacaq. Qərbi Nyu York ləhcəsinə sahib olacaq Salli Salamanka Liseyində 11-ci və 12-ci sinif şagirdlərinə dərs deyəcək", - deyə o yazıb.

Reyqin sözlərinə görə, Salli adlı robot insana çox bənzəyəcək şəkildə hazırlanacaq. O, qollarını və ayaqlarını hərəkət etdirə biləcək, lakin sinif otağında hərəkət edə bilməyəcək. Şagirdlər robotun onları tanıması üçün platforma ilə sinxronizasiya edə biləcəklər.

Qeyd edək ki, Sallinin qiyməti Nyu York şəhərindəki orta illik müəllim maaşından (57.000 dollar) aşağıdır.

Tarix
2026.07.20 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla