Yuxarı

Putinin maaş sualı müəllimi çaşdırdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin maaş sualı müəllimi çaşdırdı - Video

Rusiya Prezidenti Vladimir Putinin ölkənin ən yaxşı müəllimləri ilə görüşü zamanı əmək haqqı barədə sualı çaşqınlıq yaradıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə RT nəşri məlumat verir.

İlin müəllimi adına layiq görülən Aleksandr Şaqalov dövlət başçısının sualını cavablandırmaqda çətinlik çəkib. O, Putinin sualına birbaşa cavab verməkdən yayınıb: "Maaşlar müxtəlif olur, bu mənim və şagirdlərimin nailiyyətlərindən asılıdır. Orta aylıq əmək haqqı 25-30 min rubl arasında olur".

Vladimir Putin isə onun cavabını belə şərh edib: "Aleksandr Mixayloviç, mən axı sizdən əl çəkməyəcəyəm. Ən yaxşısı odur ki, mənə nə qədər maaş aldığınızı deyin".

Nəticədə rus dili və ədəbiyyat müəllimi olan Şaqalov ötən il 27 min rubl maaş aldığını söyləyib.

Rusiya prezidenti isə qeyd edib ki, bu məbləğ müəllimlərin orta əmək haqqından (Rusiyada 2015-ci ildə 32,5 min rubl) aşağıdır.

Tarix
2016.10.05 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla