Yuxarı

Ukrayna Baş naziri Rusiyaya qarşı sərt danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton: "Diplomatiya üçün qapılar bağlanacaq"

Krım böhranına dair gərginliyin yüksək olduğu Ukraynada həm Moskva tərəfdarlarının, həm də əleyhdarlarının nümayişləri davam etdiyi bir vaxt ölkə liderləri Rusiyaya bir qarış torpaq belə bağışlamayacaqlarına söz veriblər.

Müvəqqəti Baş nazir Arseniy Yatsenyuk Ukraynanın məşhur şairi və milliqəhrəmanı Taras Şevçenkonun 200 illiyinə həsr edilmiş mərasimə rəhbərlik edib.

O, Kiyevdə keçirilən tədbirdə insanlar qarşısında çıxışı zamanı deyib ki, ata-babalarımız bu torpaqlar uğrunda canlarını fəda ediblər. "Biz də bu torpaqların bir qarışını belə heç kəsə vermərik", deyə cənab Yatsenyuk bildirib.

Bu gün Arseniy Yatsenyuk habelə bəyan edib ki, o, Krım məsələsi ilə bağlı Rusiyanın mövqeyi barədə yüksək səviyyəli müzakirələr aparmaq üçün bu həftə Birləşmiş Ştatlara səfər edəcək. Ağ Ev danışıqların keçiriləcəyini rəsmən təsdiq etsə də, Vaşinqton rəsmilərindən müzakirələrin mövzusu barədə detallı məlumat daxil olmayıb.

Bu arada ABŞ-ın Moskvaya xəbərdarlığına baxmayaraq Rusiya qüvvələri Krımda gərginliyi artırmaqdadır.

Birləşmiş Ştatların xəbərdarlığında deyilirdi ki, Moskva regionu ilhaq etsə, diplomatiya üçün qapılar bağlanacaq. ("Musavat.com")

Tarix
2014.03.10 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər indi də bizə aid körpünü bağladı

Prezidentlər Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla