Yuxarı

İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE

İranın arsenalında Ukrayna ərazisinə çata biləcək orta mənzilli ballistik raketlər var və onlardan ən təhlükəlisi "Xürrəmşəhr" (Khorramshahr) raketidir.

Axar.az xəbər verir ki, bu barədə “Defense Express” nəşri yazıb.

Analitiklərin xatırlatdığına görə, İran silah və onların komponentlərinin daşınmasında istifadə edildiyi ehtimal olunan gəmisinə endirilən zərbəyə görə Ukraynanı cavab tədbirləri ilə hədələyib.

"Tehranın bu zərbənin guya “Avropanı müharibəyə cəlb etmək məqsədilə İsrailin göstərişi ilə həyata keçirildiyi” və “cavabsız qalmayacağı” barədə şübhəli bəyanatlarını bir kənara qoysaq, əsas sual İranın Ukraynaya hansı vasitələrlə zərbə endirə biləcəyidir", – deyə analitiklər bildiriblər.

Nəşrin məlumatına görə, İranın arsenalında ölkənin şimal bölgələrindən buraxılacağı təqdirdə Ukrayna şəhərlərinə çata biləcək orta mənzilli ballistik raketlər mövcuddur:

"Məsələn, “Qədr”, “Emad” və “Səccil” raketlərinin uçuş məsafəsi təxminən 2 000 kilometr qiymətləndirilir. Ən uzaqmənzilli raket isə "Xürrəmşəhr" hesab olunur və onun təxminən 4 000 kilometr məsafəyə uça bildiyi nümayiş etdirilib", – məlumatda qeyd olunur.

Tarix
2026.07.28 / 01:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa edi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla