Yuxarı

İranın “proksi vasitəsilə proksi” sxemi ifşa olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın “proksi vasitəsilə proksi” sxemi ifşa olundu

MOSSAD İranın yüksək rütbəli İsrail rəsmilərinə qarşı sui-qəsd təşkil etmək məqsədilə terror qrupunu ölkəyə keçirmək cəhdinin qarşısının alındığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Məlumata görə, İranın Kəşfiyyat Nazirliyi, eləcə də SEPAH son illərdə İsrail və yəhudilərə qarşı yönəlmiş beynəlxalq terror şəbəkəsinin yaradılması üzərində fəaliyyət göstərib:

“Tehran son dövrdə birbaşa İsrail ərazisində hücumların həyata keçirilməsinə yönəlmiş fəaliyyətini daha da intensivləşdirib. MOSSAD, ŞABAK və müttəfiq ölkələrin təhlükəsizlik qurumlarının koordinasiyalı fəaliyyəti nəticəsində İranla əlaqəli onlarla terror əməliyyatı ifşa edilib. Həmçinin son iki il ərzində xüsusi xidmət orqanları İranın tapşırıqları ilə fəaliyyət göstərmək üçün İsrail sakinlərini ələ almağa yönəlmiş çoxsaylı cəhdin qarşısını alıb. Aşkarlanan sonuncu sxem vasitəçilərin cinayətkar şəbəkəsindən istifadə etdiyini üzə çıxarıb. İran kəşfiyyatı həmin kriminal şəbəkə vasitəsilə İsrail ərazisində yaşayan və ya ölkəyə daxil olmaq imkanı olan şəxsləri müəyyən edərək onları müxtəlif tapşırıqların icrası üçün seçməyə çalışıb. Əvvəlcə onlara gələcək hədəflərlə bağlı kəşfiyyat məlumatlarının toplanması tapşırılıb, daha sonra isə hücumların həyata keçirilməsi üçün istifadə olunmaları planlaşdırılıb. Operativ qrupun yaradılması və fəaliyyətinin koordinasiyasına “Filip” ləqəbi ilə tanınan Trot Ozkur adlı şəxs cavabdeh olub. Fransada yaşayan “Filip” müxtəlif millətlərdən olan şəxslərin sonradan İsrailə göndərilməsi üçün cəlb olunması işinə baxıb. Onu iki nəfər: “Babak” ləqəbi ilə tanınan Baba Mahu-Zadə Hacı Cafan və “Nadim” ləqəbi ilə tanınan Mehmet Nadim Yiğit işə götürüb. Hazırda hər iki şəxs İranın Kəşfiyyat Nazirliyinin himayəsi altında İranda yaşayır. “Filip” Fransa hakimiyyəti tərəfindən ölkədən deportasiya edilib. Onun hazırda harada olduğu məlum deyil. “Babak” və “Nadim” isə fəaliyyətlərini İrandan davam etdirir”.

Qeyd olunub ki, İran birbaşa iştirakını gizlətmək və siyasi nəticələrdən yayınmaq üçün kriminal vasitəçiləri cəlb edərək “proxy by proxy” (“proksi vasitəsilə proksi”) sxemindən istifadə etməyə davam edir.

Tarix
2026.07.29 / 12:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla