Yuxarı

Trampla Netanyahu İranla bağlı 3 ssenarini müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampla Netanyahu İranla bağlı 3 ssenarini müzakirə etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Trampa İranla bağlı konkret bir strategiya təklif etməyib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” İsrailin yüksək vəzifəli məmuruna istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Oval Ofisdəki danışıqlar daha çox İran ətrafındakı vəziyyətin inkişafı üçün üç mümkün ssenari üzrə “fikir mübadiləsi”nə çevrilib:

“Birinci seçim Tehranla diplomatik razılığa gəlməkdir.

İkincisi, razılaşma olmadığı təqdirdə qeyri-müəyyənliyi qorumaq: hərbi əməliyyatlara qayıtmadan iqtisadi sanksiyalar vasitəsilə Amerika təzyiqini davam etdirmək.

Üçüncü ssenari İrana qarşı yeni genişmiqyaslı hərbi kampaniyanı nəzərdə tutur”.

İsrail rəsmisi bildirib ki, Netanyahunun Vaşinqtona səfəri Trampı yenidən İrana zərbə endirməyə inandırmaq məqsədi daşımayıb.

Onun sözlərinə görə, bu, İsrail baş nazirinin fevral ayında ABŞ-ın Tehrana qarşı hərbi əməliyyatlarda iştirakını fəal şəkildə müdafiə etdiyi əvvəlki səfərindən fərqlidir. O zaman Tramp üç həftədən az müddət sonra zərbələri dəstəkləmişdi, lakin mənbənin qeyd etdiyi kimi, Netanyahunun əməliyyatın gedişatı ilə bağlı bəzi proqnozları özünü doğrultmamışdı:

“Bu dəfə İsrailin baş naziri Trampa üç variantdan hansını daha üstün hesab etdiyini demədi. Eyni zamanda, o, İranın əldə edilə biləcək hər hansı bir razılaşmaya əməl edəcəyinə şübhə ilə yanaşdı”.

Mənvə vurğulayıb ki, tərəflər hər üç ssenarini ətraflı müzakirə ediblər, hər birinin potensial üstünlüklərini və risklərini nəzərə alıblar.

Tarix
2026.07.29 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla