Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Bu ölkələrdə qadınlar sıxıntı ilə yaşamaq məcburiyyətindədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi ölkələr var ki, burada həqiqətən də qadın olaraq yaşamaq olduqca çətindir.

"Axar.az" qadınların yaşamaqda çətinlik çəkdiyi ölkələrin adlarını təqdim edir.

Qadınların yaşamaqda çətinlik çəktiyi ölkələrin sırasında Misir liderlik edir. Bu ölkədə hər il qadınların 99.3%-i təcavüzə məruz qalır. Bununla yanaşı, qadınların 91%-i qadın sünnətinə məcbur şəkildə təciz olunur.

İkinci yerdə İraq gəlir. Bu ölkənin parlamentində bir nəfər belə qadın millət vəkili yoxdur. Üstəlik, bu ölkədə qadınlar sənədlərini dəyişərkən və yenisini alarkən mütləq həyat yoldaşlarının icazə sənədini əldə etməlidirlər.

Üçüncü yerdə Səudiyyə Ərəbistanın qərarlaşıb. Burada qadınların sükan arxasına keçməsi, onların kişilərə xas işlər görməsi qətiyyən qadağandır.

Suriyada isə qadınların erkən evliliyə məruz qalması faktı aktualdır. Bu ölkədə xanımların evlilik yaşı 17 olsa da, məcburən 12 yaşında ailə qurduğuna dair faktlar dünyaya yayılmaqdadır.

Yəməndə vəziyyət biraz fərqlənir. Burada yaşayan xanımların təhsildən, dünya biliklərindən olduqca kənarda qaldığını desək, yanılmarıq. Çünki Yəmən ərazisində Yaşayan xanımların yalnız 52 %-i təhsil almaq imkanına sahibdirlər. Yəməndə övlad dünyaya gətirən xanımların əksəriyyəti doğum zamanı dünyasını dəyişir. Səbəb isə ölkədəki şəraitsizlikdir.

Sudanda da xanımların hüquqları erkən nikahlarla pozulur. Burada 10 yaşında ailə quran qızların böyük əksəriyyəti azyaşlı ikən ana olduqlarına görə dünyadan köçmə riski ilə üz-üzə qalırlar.

Adları çəkilən ölkələr sırasına Fələstin, Somali, Livan, Afrika dövlətlərindən olan Cibutu Respublikası, ərəb dövlətlərindən olan Bəhreyn , Birləşmiş Ərəb Əmirliyi, Mərakeş, Qətər, Küveyt də aiddir.

Birləşmiş Ərəb Əmirliyində nikahdan kənar övlad dünyaya gətirən qadınlar ağır cəzalara məhkum olurlar. Həm də onların müsəlman olmayan bəylərlə nikaha girməsi rəsmən qadağan olunub.

Mərakeşdə də qadınların müəyyən hüquqlarından narazıdırlar. Burada qadınlar həyat yoldaşlarını tərk etmə ixtiyarına sahib deyillər. 15-49 yaş arası xanımların 50%-i oxumağı və yazmağı bacarmırlar. Üstəlik, ay boyu baş verən evliliklərin 10%-dən çoxunda 18 yaşdan aşağı qızlar üstünlük təşkil edir.

Qeyd edək ki, 8 mart Beynəlxalq Qadınlar günü olsa da, bu ölkələrdə qadın hüquqlarından danışmağa dəyməz.

Tarix
2014.03.10 / 10:50
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ müttəfiqini itirir: Yeni qarşıdurmalara hazırlaşın

Şok iddia: PKK liderləri tutuldu, Öcalanın yanına aparılır

Nazarbayev FTX-nin düşmənini mükafatlandırdı

Şok: Erməni generalın evində dəhşət - Video/18+

Paşinyan Sərkisyanın son dayağını yox edir - Cinayət işi

Oyunun hədəfi budur: Ərdoğanı devirmək və... - Yıldırım

Putin diplomatik qollar atır - CNN

Tramp nə deyirsə, desin... - Baxçalı

İranda daha iki nazirlik yaradılır

Tramp fərman imzaladı: Son qoyulsun!

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla