Yuxarı

Rusiya Avropaya İsgəndər-M yerləşdirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Avropaya İsgəndər-M yerləşdirdi

Rusiya Kalininqradda İsgəndər-M raket komplekslərini yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Röyter" agentliyi özünün Amerika kəşfiyyatındakı mənbələrinə istinadən yayıb. Hələlik rəsmi Moskva bu xəbəri təsdiq etməyib.

Rusiya 2014-cü ildə Kalininqrada hərbi təlimdə iştirak üçün İsgəndər-M raketlərini göndərib. Sonradan bu raketlərin taleyi haqqında məlumat verilməyib. Avropa ölkələrinin böyük bir qismi də Rusiyanın bu raketlərini məhz qitənin mərkəzində yerləşdirməsindən narahatdırlar. Belə ki, bu raketlər Polşa, Baltikyanı ölkələr və Finlandiyanın bəzi ərazisindəki mühüm strateji obyektləri nəzarət altında saxlamağa imkan verir.

Kalininqrad Rusiyanın eksklavıdır (ölkənin əsas ərazisindən ayrı olan və başqa dövlətlərlə əhatələnən qeyri-suveren bölgə - red.). Mərkəzi Avropada yerləşən bu ərazi Polşa və Litva ilə sərhəddir.

Tarix
2016.10.09 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla