Yuxarı

Suriyalı qızlar ərəb şeyxlərinə satılır - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada artıq 3 ildir davam edən qanlı vətəndaş müharibəsi ölkə əhalisi, xüsusilə də qadınların həyatını faciəyə çevirib.

"Axar.az" xəbər verir ki, İngiltərənin "İndependent" qəzeti bu ölkədə davam edən müharibənin gənc qadınları bəzi varlı ərəb kişiləri üçün asan ova çevirdiyini yazıb.

Xəbərdə suriyalı ailələrin azyaşlı qızlarını bir neçə min dollar qarşılığında yaşlı varlı ərəb kişilərinə satdıqları bildirilib.

Qəzet bildirib ki, bu cür zorla evləndirilmələrə əsas səbəb maddi çətinliklərdir və bu nikahlar da qanunsuz yollarla bağlanır. Evliliklərin çoxu qısamüddətli olur və qızlar bir müddət sonra lazımsız əşya kimi kənara atılır.

Qəzet 17 yaşlı Navar və onun 16 yaşlı bacısı Suza özlərindən çox yaşlı səudiyyəli kişilərlə evləndirildikdən 20 gün sonra atıldıqlarını sübut kimi təqdim edib.

İordaniyanın paytaxtı Əmmanda fəaliyyət göstərən Beynəlxalq Qaçqın təşkilatında işləyən Amira Məhəmməd, "Vasitəçilərin suriyalı ailəridən qızlarını alıb varlı ərəblərə satmaları haqqında məlumatlar alırıq. Evliliklər də çox qısa, hətta bəzən 24 saat davam edir" deyib.

Tarix
2014.03.10 / 13:10
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla