Yuxarı

Putin Ukraynanı "arxa bağçası"na çevirib - Serri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Ukraynanı "arxa bağçası"na çevirib - Serri

Qərb Rusiyanın təcavüzünə dolayı şəkildə şərait yaradıb, çünki Ukraynanın NATO-ya üzvlüyünü təmin etməməklə Putinə Ukraynanı Rusiyanın təsir dairəsində görmək üçün əsas verib.

Axar.az xəbər verir ki, bu barədə Niderlandın 1992–1996-cı illərdə Ukraynadakı ilk səfiri Robert Serri deyib.

O, xüsusilə 2008-ci ildə Buxarest sammitində Ukraynanın NATO-ya dəvət edilməməsi ilə bağlı Qərbin qərarını tənqid edib:

"Alyansa üzvlüklə bağlı konkret Fəaliyyət Planı əvəzinə Kiyevə gələcəkdə nə vaxtsa NATO-ya qəbul ediləcəyinə dair qeyri-rəsmi vəd verildi, lakin bununla bağlı heç bir konkretlik olmadı. Əslində bu, Ukraynanın Putinlə NATO arasında bir növ “boz zona”da buraxılması demək idi. Və Putin Ukraynanı özünün “arxa bağçası” hesab etmək qərarına gəldi. Bundan sonra, bildiyiniz kimi, o, Gürcüstana müdaxilə etdi, daha sonra isə Ukraynaya müdaxilə etmək qərarı verdi. Ona görə də NATO-nun bu müharibəyə görə məsuliyyət daşıdığı fikrini qəti şəkildə rədd etmək doğru deyil, bütün məsuliyyət Putinin üzərinə düşür, eyni zamanda, NATO-nun burada müəyyən rolu olduğunu da qəbul etməliyik. NATO 2008-ci ildə Ukraynanın alyansa üzv olmaq istəyinə daha konkret cavab versəydi, Rusiya-Ukrayna müharibəsi baş verməyə bilərdi".

Tarix
2026.08.17 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla