Yuxarı

İranın hücum təhlükəsi: Yunanıstan hərəkətə keçə bilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın hücum təhlükəsi: Yunanıstan hərəkətə keçə bilər...

İranın təhdidi səbəbindən Yunanıstan Krit adasındakı ABŞ üçün mühüm hərbi bazalardan birinin müdafiəsini gücləndirmək məqsədilə “Patriot” sistemlərindən birini ora yerləşdirə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ üçün Aralıq dənizində mühüm əhəmiyyət daşıyan bu obyektin müdafiəsinin gücləndirilməsi zərurəti İranın Avropadakı ABŞ bazalarına zərbələr endirməyə hazır olduğunu bəyan etməsindən sonra yaranıb. Köçürülməsi planlaşdırılan “Patriot” zenit-raket kompleksi mart ayında Karpatos adasında yerləşdirilib.

Yunanıstan Müdafiə Nazirliyi Yaxın Şərqdə eskalasiyanın yaratdığı riskləri və İranın Avropada ABŞ hərbçiləri tərəfindən istifadə olunan obyektlərə mümkün zərbələr endirməsi ehtimalını araşdırır. Mənbələrin məlumatına görə, əgər Yunanıstan hərbçiləri ABŞ Hərbi Dəniz Qüvvələrinin bazası üçün təhlükəni ciddi hesab etsələr, ərazinin hava hücumundan müdafiəsini gücləndirmək üçün “Patriot” kompleksi ora köçürülə bilər.

Tarix
2026.08.20 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla