Ana səhifə Planet |
Polşalı professor Corc Adamski insana bənzəyən yadplanetli varlıqlarla təmasa keçdiyini söyləyən ilk adamdır.
"Axar.az" türk mətbuatına istinadən bildirir ki, Adamskinin yadplanetlilərlə qarşılaşması və təması Frank Skuly tərəfindən yazılan "Uçan dairələr endi" adlı kitabda əks olunub.
Adamskinin naməlum varlıqlarla təması 1952- ci ilin sonunda başlayıb. 20 noyabr 1952-ci ildə gəzinti məqsədilə Kaliforniyadakı Mohave çölünə gedən Adamski və yoldaşları hərbi reaktivlər tərəfindən izlənilən dairəvi şəkildə bir cism görüb. Disk formalı obyektin endiyini görən Adamski və yanındakılar yerə eniş edən vasitənin yanına getməyə qərar veriblər.
Adamski burada əynində parçadan paltar olan bir "adam"ın ona yaxınlaşdığını görüb. Adamski özüylə telepatik olaraq ünsiyyət quran bu varlığın yer üzünə Veneradan gəldiyini öyrənə bilib. Atom bombalarından yayılan radiasiyanın təsirinin kosmosa qədər çatmasından narahatlıq duyduğunu bildirən yadplanetli varlıq bunun həm sivilizasiyaya, həm də digər aləmlərə mənfi təsir etdiyini deyib.
Yadplanetli bundan əlavə Günəş sistemindəki və digər planetlərdən gələn bir çox varlıqlar tərəfindən ziyarət edildiyini bildirib. Bu qarşılaşmanı durbinlə müşahidə edən şəxslər hadisənin gerçək olduğuna dair yazılı ifadələr verib. Məlumatda o da bildirilir ki, Adamskinin yadplanetli ilə olan təması bu hadisədən sonra da davam edib və bu insana bənzər varlıqlar Adamskini uçan gəmiləri ilə kosmosa və ayın qaranlıq üzünə aparıb.
Polşalı professor kosmosa etdiyi ilk səfərindəki müşahidəsini belə izah edir:
"Sanki hər yanda milyardlarla may böcəyi eyni anda yanıb-sönürdü".
Bu cür bir şərh təxəyyülün məhsulu ola bilməz. Astronavt Con Qlen də 20 fevral 1962-ci ildə dünya orbitindəykən durumu belə şərh etmişdi:
"Ulduz olduğunu düşündüyüm bu kiçik şeylər əslində parlaq və yaşıl işıqlar idi. Bu görüntü may böcəklərinin gecə qaranlığında yaratdığı mənzərəni xatırladırdı.
Burada onlardan minlərlə var".
Tarix
2014.03.11 / 00:30
|
Müəllif
Natiq Azəri
|