Yuxarı

Rusiyanın Ukraynaya zərbələri: 4 ölü, 30-dan çox yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Ukraynaya zərbələri: 4 ölü, 30-dan çox yaralı

Rusiyanın Ukraynanın Xerson, Xarkov, Dnepropetrovsk, Zaporojye və Odessa vilayətlərinə zərbələri nəticəsində 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri bildiriblər.

Xersonda səhər saatlarında pilotsuz uçuş aparatı ilə zərbə nəticəsində bir kişi ölüb. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin məlumatına görə, daha 1 nəfər yaralanıb.

Xarkov Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin 13 yaşayış məntəqəsinə zərbələr endirib. Təxminən 45 yaşlarında bir qadın ölüb, 11 nəfər isə yaralanıb.

Dnepropetrovsk vilayətində, Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Rusiya zərbələri nəticəsində 2 nəfər yaralanıb.

Zaporojyedə sutka ərzində 1 nəfər ölüb, 15 nəfər yaralanıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib ki, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı 51 məlumat daxil olub.

Odessa vilayətində kütləvi gecə zərbələri nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.

Tarix
2026.08.29 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla