Yuxarı

İrland bloger “SSRİ-nin hələ də olduğu” ölkəyə getdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrland bloger “SSRİ-nin hələ də olduğu” ölkəyə getdi

Dünyanı gəzən irlandiyalı səyahət blogeri Tim Qazaxıstanda qatarla səfəri zamanı yaşadığı qeyri-adi təcrübələrdən yazıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, rus və erməni kökləri olan bloger təəssüratlarını “Qeyri-adinin axtarışında” adlı şəxsi bloqunda bölüşüb.

O, Qazaxıstanın bəzi ərazilərində SSRİ izlərinin qaldığını bildirib və durumu “sanki SSRİ-yə düşmüşəm” ifadəsi ilə təsvir edib.

Tim Kostanay-Aktobe marşrutu üzrə hərəkət edən qatarda səfər edib. Onun diqqətini ilk çəkən məqamlardan biri vaqondakı sanitar şərait olub. Bloger tualetin birbaşa relslərin üzərinə açılan pedal mexanizmi ilə işlədiyini qeyd edib.

Səyahətçinin narazı qaldığı digər məqam isə vaqonlarda havalandırma sisteminin yoxluğu olub. Onun sözlərinə görə, isti havada sərnişinləri yalnız açıq pəncərələr xilas edirdi.

Lakin Tim üçün səfərin ən maraqlı tərəflərindən biri çöl ərazidə yerləşən kababxanalar olub. O bildirib ki, qatar bəzən yaşayış məntəqələrindən uzaqda, çölün ortasında dayanır və sərnişinlərin böyük hissəsi kabab almaq üçün vaqonlardan düşür.

Blogerin diqqətini çəkən daha bir hadisə isə qatarda baş verib. Onun sözlərinə görə, yan tərəfdəki rəfdə əyləşən sərnişin bir neçə saat fasiləsiz olaraq qazax dilində şeirlər səsləndirib və bununla bütün vaqonu əyləndirib.

Tim bildirib ki, bu ərazilərdə xarici səyahətçilərə nadir hallarda rast gəlinir və bunun səbəblərindən biri bölgədə turistlərin marağını cəlb edən məkanların az olmasıdır.

Tarix
2026.08.30 / 14:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla