Yuxarı

ABŞ-da da daşqın oldu: 2 nəfər öldü, 14-ü itkin düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da da daşqın oldu: 2 nəfər öldü, 14-ü itkin düşdü

ABŞ-ın Arizona ştatında Böyük Kanyon Milli Parkında baş verən daşqın nəticəsində azı iki nəfər ölüb, 14 nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Parklar Xidməti məlumat yayıb.

Qeyd olunub ki, daşqınlar həftəsonu milli parka ziyan vurub, düşərgələr, tikililər, piyada cığırları və mühüm infrastruktur dağılıb. İlkin qiymətləndirmələrə görə, "Transcanyon Waterline" parkının su kəmərinin təxminən 40 %-i zədələnib və ya dağılıb.

Hakimiyyət orqanları təxliyə prosesinə başlayıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

ABŞ Milli Meteorologiya Xidməti Böyük Kanyonda, eləcə də Arizonanın şimalı və mərkəzində ən azı bazar ertəsi axşamınadək təkrar daşqın riskinin olduğunu elan edib.

Tarix
2026.08.31 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla