Yuxarı

Obamadan əmr: ABŞ Rusiyaya kiber hücuma keçir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:26

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyaya qarşı geniş miqyaslı kiber hücuma hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə MKİ-yə birbaşa Prezident Barak Obama göstəriş verib. NBC telekanalının məlumatına görə, kiber hücum "qisas" xarakterli olacaq və atılacaq addımlar bir müddət öncə Demokratlar Partiyasının qazanması üçün seçkilərin nəticələrini dəyişməyə cəhd edən Moskvaya qarşı cavab tədbiri kimi qiymətləndirilir.

Xəbərdə MKİ-nin Kremli "utandıracaq" bir hücum planı hazırladığı qeyd olunub.

Kanala danışan ABŞ vitse-prezidenti Co Bayden də Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaqlarını bildirib. "Biz istənilən kiber hücumlara cavab verməyə qadirik. Onlar bunu gözəl bilir. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur", - Bayden qeyd edib.

Xatırladaq ki, ABŞ rəhbərliyi ötən həftə Demokratlar Partiyasının seçki kampaniyaları ilə bağlı kiber hücum olduğunu açıqlayaraq ilk dəfə rəsmi şəkildə Moskvanı günahlandırmışdı. Rusiya hökuməti səslənən bütün iddiaları rədd edib.

Tarix
2016.10.15 / 11:30
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla