Yuxarı

Saakaşvili Gürcüstana görə Ukraynadan üzr istədi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili Gürcüstana görə Ukraynadan üzr istədi - Video

Gürcüstan nümayəndə heyətinin Rusiyaya qarşı sanksiyalarla bağlı qətnaməyə səs verməyərək, Ukraynanı dəstəkləməməsi utancdır.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

O bildirib ki, bütün bunlar gürcü xalqının mövqeyini əks etdirmir:

"Biz anlamalıyıq ki, hazırda Gürcüstanda nə baş verir. Gürcüstanı "Qazprom"un böyük səhmdarlarından biri olan İvanişvili idarə edir. Mən tamamilə əminəm ki, Ukraynaya qarşı bu utancverici hərəkət Gürcüstan cəmiyyətinin mövqeyini əks etdirmir. İndiyə qədər bir nəfər də gürcü görməmişəm ki, Ukraynanın əleyhdarı olsun. Yüzlərlə gürcü könüllü hazırda Ukraynada döyüşür. Ukrayna yeganə ölkədir ki, buraya Gürcüstandan daha çox könüllü gəlib. Bu, gürcülərin Ukraynaya qarşı mövqeyini nümayiş etdirir. Amma məhz hökumət onlara qarşı öz vətənlərində cinayət işi qaldırıb. Onlardan çoxu öz ölkələrinə sadəcə Ukrayna uğrunda savaşdıqlarına görə dönə bilmirlər. Gürcüstandakı situasiya Yanukoviçin rəhbərlik etdiyi Ukraynaya bənzəyir. Yanukoviç kimi İvanişvili də çox dayana bilməyəcək".

Qeyd edək ki, bundan öncə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ukrayna Rusiyaya qarşı sanksiyaların tətbiqi haqqında qətnamə irəli sürüb. Rəsmi Kiyevin bu addımı Gürcüstan nümayəndə heyəti tərəfindən dəstəklənməyib. Bu isə həm Ukrayna, həm də Gürcüstanda böyük reaksiyaya səbəb olub.

Tarix
2016.10.15 / 10:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla