Yuxarı

Eyfel qülləsi bağlandı - İlginc səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eyfel qülləsi bağlandı - İlginc səbəb

Fransanın paytaxtı Parisdə Eyfel qülləsi qadın əməkdaşların hindistanlı dini nümayəndə heyətinin ziyarəti zamanı kənarda saxlanılmasına etiraz olaraq başlayan tətil səbəbindən bağlanıb.

Axar.az xəbər verir ki, hadisə ənənəvi hindu BAPS hərəkatının təxminən 100 üzvünün Eyfel qülləsinin ikinci mərtəbəsinə özəl səfəri zamanı baş verib. Qrup Fransanın Sena-et-Marn departamentində, Bussi-Sen-Jorj şəhərində hindu məbədinin açılışı ərəfəsində keçirilən tədbirlər çərçivəsində Parisə səfər edib.

Ziyarətdən əvvəl BAPS nümayəndələri Eyfel qülləsini idarə edən SETE şirkətindən ruhani liderlərinin qadınlarla təmasını məhdudlaşdırmağı xahiş ediblər. Bildirilir ki, şirkət rəhbərliyi bu tələbi qəbul edib.

Bu qərar Eyfel qülləsinin əməkdaşlarının narazılığına səbəb olub. İşçilər sentyabrın 7-də tətilə çıxaraq etiraz ediblər. İctimai reaksiyalardan sonra SETE məsələ ilə bağlı açıqlama yayıb. Şirkət bildirib ki, belə şərtlərin qəbul edilməsi düzgün olmayıb və bu yanaşma qurumun dəyərlərinə, qadın və kişilər arasında bərabərlik prinsipinə, eləcə də ziyarətlərin təşkili zamanı tətbiq edilməli olan neytrallıq qaydasına uyğun deyil.

SETE vurğulayıb ki, heç bir protokol, mədəni və ya dini səbəb qadın və kişilər arasında bərabərlik prinsipindən kənara çıxmağa əsas verə bilməz.

Qərarın kim tərəfindən təsdiqləndiyi isə hələlik açıqlanmayıb.

Tarix
2026.09.08 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla