Yuxarı

Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır

Türkiyənin Antalya şəhərində meşə yanğını səbəbindən təxliyə edilənlərin sayı 720 nəfərə çatıb, alovla mübarizə isə artıq ikinci sutkadır ki, davam edir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, təxliyə dörd yaşayış məntəqəsində həyata keçirilib. Aksu rayonunun özündə Qaraöz kəndindən 10 evdən 25 sakin, Yumuk kəndindən 29 evdən 105 nəfər və 18 tövlədən mal-qara, Yaşılqaraman kəndindən isə 40 evdən 151 nəfər çıxarılıb. Bundan əlavə, qonşu Kəpəz rayonunda Çamlıca kəndindəki 175 evdən 439 sakin təxliyə edilib.

Aksu dairəsinin Qaraöz rayonunda geniş ərazini bürüyən yanğın üç təyyarə, doqquz helikopter və xeyli sayda yerüstü texnikanın tətbiqi ilə söndürülür. Alovun ram edilməsinə 1037 nəfər şəxsi heyət, 165 yanğınsöndürmə maşını və 112 köməkçi texnika vahidi cəlb olunub. Alovla mübarizədə Konya, İsparta və Burdur şəhərlərinin yanğınsöndürmə xidməti idarələrinin əməkdaşları, eləcə də bu şəhərlərin kommunal xidmətləri və meşə təsərrüfatı idarələri iştirak edirlər.

“Haberturk” agentliyinin məlumatına görə, söndürülmə işlərinə polisin xüsusi vasitələri - alovun kritik sahələrdə yayılmasının qarşısını almağa kömək edən su şırnaqlı maşınlar da cəlb olunub.

Yanğın səbəbindən rayonda mobil əlaqədə fasilələr yaranıb, problemin həlli üçün FHN hadisə yerinə səyyar baza stansiyaları cəlb edilib. Həmçinin 2632 abonentin elektrik enerjisindən məhrum olduğu bildirilir.

Tarix
2026.09.08 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla