Yuxarı

Putin kifayət qədər güzəştə gedə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin kifayət qədər güzəştə gedə bilər

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukraynada hamı üçün “faydalı olacaq” sülhdən danışır. Lakin son diplomatik hadisələr o qədər də ümidverici görünmür.

Axar.az xəbər verir ki, bunu ingiltərəli siyasi ekspert, jurnalist Stüart Dauell bildirib.

“Bu, ukraynalıların öz dövlətçiliyinin mövcudluğu uğrunda mübarizə apardığı, Vladimir Putinin isə məhz bunu məhv etməyə çalışdığı bir müharibədir. Burada “hamı üçün qələbə” deyə bir şey yoxdur”, – o hesab edib.

Dauellin fikrincə, Moskva müəyyən güzəştlərə getməyə hazırdır. Çünki İranda aydın diplomatik irəliləyişə nail olmaq getdikcə çətinləşdiyindən, Trampa diplomatik uğur lazımdır:

“Putin prosesi davam etdirmək üçün kifayət qədər güzəştə gedə bilər, lakin onun üçün əhəmiyyətli olan tələblərdən imtina etməz. Bu tələblər hələ də sərtdir. O, Ukraynanın ərazilərdən, o cümlədən hazırda Rusiyanın işğal etmədiyi torpaqlardan imtina etməsini, NATO-ya üzvlükdən vaz keçməsini, silahlı qüvvələrini məhdudlaşdırmasını və “denasifikasiya” ilə razılaşmasını, yəni Moskvaya hesabat verən hökumətin formalaşdırılmasını istəyir. Onun daha geniş tələbləri NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunun 1997-ci ilin may ayındakı səviyyəyə qədər azaldılmasını nəzərdə tutur”, – deyə o xatırladıb.

Onun sözlərinə görə, Ukraynanın müdafiə imkanlarını məhdudlaşdıran razılaşma ABŞ-ın prosesə daha az cəlb olunması ilə birlikdə, Vaşinqtonla Moskva arasında təsir dairələrinin bölüşdürülməsinə dair gizli razılaşma olmasa belə, Putinin məqsədlərinə çatmasına şərait yarada bilər.

Tarix
2026.09.09 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla