Yuxarı

İraqlı tayfa başçılarından Türkiyəyə dəstək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraqlı tayfa başçılarından Türkiyəyə dəstək

İraqın Ninova vilayətindəki tayfa liderləri Türkiyəyə dəstək veriblər.

Axar.az xəbər verir ki, tayfa liderləri Bağdad hökumətinin Türkiyəyə qarşı mövqeyinin axmaqca olduğunu bildiriblər.

Tayfa liderləri "Ninova qurtuluşa hə, iflasa yox deyir" adı altında keçirdikləri toplantıdan sonra bəyanat veriblər. Türkiyənin terrorizmlə mübarizəsini və şəhərlərin azad olunmasına verdiyi dəstəyi məmnuniyyətlə qarşıladıqlarını bildirən tayfa liderləri Mosulun azad edilməsi üçün aparılacaq əməliyyatda Haşdi Şabi milislərinin iştirakına qarşı çıxıblar. Həmçinin, bəyanatın sonunda Heydər Abadi hökumətinin Türkiyəyə qarşı qərarlarına qarşı çıxdıqlarını bildiriblər:

"Bağdad hökuməti Türkiyə hökumətinə təşəkkür etməlidir. Əvəzində isə həmişəki kimi axmaqca davrandılar".

Qeyd edək ki, İraq lideri Heydər Abadi Türkiyə hərbi qüvvələrinin Başikadan çıxarılmasını tələb edir və türk əsgərlərinin Mosul hücumundan iştirakına qarşı çıxır.

Tarix
2016.10.17 / 09:09
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Azərbaycanda alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Almaniya və Rusiyanın Bakıdakı gizli görüşündən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla