Yuxarı

Türkiyədən açıq sual: İŞİD necə qurulub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən açıq sual: İŞİD necə qurulub?

Yaxın Şərq, İraq və Suriyada enerji mənbələri ilə bağlı nəzərdə tutulan planların qarşısını almaq üçün İŞİD-dən bir vasitə olaraq istifadə edilir.

Axar.az xəbər verir ki, bu sözləri Ədliyyə naziri Bəkir Bozdağ söyləyib.

Bozdağ dünya nəhənglərinin 3 ildir İŞİD-lə mübarizə apardığını, hələ də bu mübarizənin davam etdiyini və bu prosesin nə vaxt yekunlaşacağının bilinmədiyini vurğulayıb:

"Dünyanın bütün nəhəngləri bir araya gəlib bir terror təşkilatıyla mübarizə aparır və bu mübarizə 3 ildir ki, davam edir. Bu təşkilatda dünyanın təxminən 150 ölkəsindən olan xarici vətəndaşlar döyüşür. Hər kəs bu sualı verməlidir. Avstraliya, Amerika, Avropa, Asiya, Yaxın Şərq və Afrikadan bu qədər dili, mədəniyyəti, dini, məzhəbi fərqli insanları kimlər razı salıb Suriyaya, İraqa ölmək və öldürmək üçün göndərir? Bir terror təşkilatı 3 il ərzində bu qədər ölkənin dilini nə vaxt terrorçulara öyrətdi? Bu şəbəkə necə qurulub, o insanları necə cəlb etdi, hər kəsin düşmən olduğu bir terror təşkilatı silahlarını kimdən alır və necə istifadə edir? Yaxın Şərq, İraq və Suriyada enerji mənbələri ilə bağlı nəzərdə tutulan planların qarşısını almaq üçün İŞİD-dən bir vasitə olaraq istifadə edilir. Türkiyə bunu hər zaman dəqiqliklə analiz etdi. İŞİD-ə qarşı ən effektiv mübarizəni Türkiyə apardı".

Tarix
2016.10.17 / 20:04
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla