Yuxarı

Rusiyanın hazırkı strateji məqsədi budur - BBC

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın hazırkı strateji məqsədi budur - BBC

Rusiyanın Donetsk və Luqansk vilayətlərinin hamısını ələ keçirmək niyyəti hələ də qalır. Lakin ukraynalı komandirlər hesab edirlər ki, Rusiya qoşunlarının bu məqsədə çatması son dərəcə çətin olacaq.

Axar.az xəbər verir ki, bu barədə “BBC Ukrayna” ukraynalı hərbçilərə istinadən yazıb.

Qeyd olunur ki, rusların əsas problemi ondadır ki, piyada qüvvələri ilə düşməni kütləvi şəkildə sıxışdırmaq taktikası artıq nəticə vermir. Digər tərəfdən, təcavüzkarın bunun əvəzinə istifadə edə biləcəyi başqa effektiv taktika da yoxdur.

Ukrayna Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletskinin sözlərinə görə, Rusiya ordusunun hazırkı strateji məqsədi Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirməkdir. Onun sözlərinə görə, Donbas üzərində tam nəzarət olmadan müharibədən çıxmaq Rusiya üçün ciddi reputasiya riskləri yarada bilər.

Ukrayna və Qərb kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Rusiyanın hərbi rəhbərliyi bu iki Ukrayna regionunu gələn ilin aprelin ortalarına qədər tam işğal etməyi planlaşdırır. Rusiyanın siyasi rəhbərliyi isə bu vəzifənin hətta 2027-ci ilin əvvəlinə qədər başa çatdırılmasını mümkün hesab edir.

Tarix
2026.09.13 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla