Yuxarı

Palatadan Trampa tələb: Hərbi əməliyyatı dayandır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palatadan Trampa tələb: Hərbi əməliyyatı dayandır!

ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul edib.

Axar.az Report-a istinadla xəbər verir ki, qanunverici orqanın aşağı palatasında keçirilən səsvermə C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının 220 üzvü qətnamənin lehinə səs verib. 204 qanunverici isə əleyhinə çıxıb. Beləliklə, qətnamə qəbul edilib.

Qətnamənin hüquqi qüvvəsi yoxdur və tövsiyə xarakteri daşıyır. Belə sənədlərlə qanunvericilər öz mövqelərini ifadə edirlər. Lakin ABŞ-ın icra hakimiyyəti belə qətnamələri nəzərə almamaq hüququna malikdir. ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Bununla belə, son onilliklərdə ABŞ prezidentləri qanunvericilər tərəfindən xaricdə hərbi gücdən istifadəyə verilən icazələri geniş şəkildə şərh ediblər və bu icazələrdən faktiki olaraq yeni hərbi əməliyyatlara başlamaq üçün də istifadə ediblər.

Tarix
2026.09.16 / 09:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

Gürcüstanla Hökumətlərarası Komissiyanın iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla