Yuxarı

Türkiyədə məktəbə silahlı hücum: 1 ölü, 11 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə məktəbə silahlı hücum: 1 ölü, 11 yaralı - Video

09:46

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonundakı İnci Üzməz Peşə və Texniki Anadolu Liseyi qarşısında silahlı hücum baş verib.

Axar.az NTV-yə istinadla xəbər verir ki, hücum zamanı 4 şagird xəsarət aldıb.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadası cəlb edilib.

***

İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verən silahlı hücum zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu vurğulanıb.

İnsidentin hansı səbəbdən baş verməsi barədə dəqiq məlumat yoxdur.

***

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 nəfər ölüb.

Bu barədə Turgutlu Bələdiyyə sədri Çətin Akın məlumat verib.

Onun sözlərinə görə, 4 nəfər yaralı var.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

***

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı insident törədən şəxs saxlanılıb.

Bu barədə Manisa Valiliyi məlumat yayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

***

İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verən silahlı hücum zamanı xəsarət alanların sayı 10 nəfərə çatıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yaralılardan 2-sinin vəziyyəti ağır olaraq qalır.

Qeyd olunub ki, hücumu törədən şəxs 15 yaşlı şagird olub.

***

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşışındakı silahlı insident zamanı 11 şagird yaralanıb.

Bu barədə Türkiyə ədliyyə naziri Akın Gürlek X hesabında yazıb.

"Cinayətin araşdıırlması ilə bağlı 2 prokuror təyin edilib. Uşaqla bərabər, anası, atası və babası da saxlanılıb", - nazir əlavə edib.

Tarix
2026.09.22 / 12:33
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla