Yuxarı

Rus hərbçilər: Ağac qabığı və ot yeyirdik - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus hərbçilər: Ağac qabığı və ot yeyirdik - Video

Bir neçə gün öncə Ukrayna ordusunun “Vivaldi” əməliyyatı zamanı əsir götürülən rusiyalı hərbçilərin yeni görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, görüntülər Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun sosial şəbəkə hesablarında paylaşılıb.

Görüntülərdə rusiyalı əsirlərin ukraynalı hərbçilərin nəzarəti altında sıraya düzüldükləri təqdim olunub. Sayım əsasında onların 94 nəfər olduqları qeyd olunub.

Rütbəcə mayor olan əsirlərdən biri Rusiya ordu komandanlığına müraciət də ünvanlayaraq, boş yerə ölmək istəmədikləri üçün əsir düşdüklərini deyib.

Əsirlər bildiriblər ki, həddən artıq ağır şəraitdə döyüşüblər, yemək əvəzinə ağac qabığı və ot yeyiblər, hətta əsgərlərdən biri susuzluqdan ölüb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu “Vivaldi” əməliyyatının üçüncü mərhələsini başa çatdırdığını, əməliyyat nəticəsindən 2000-dən çox rus hərbçisinin zərərsizləşdirildiyini, 250-dən çox hərbçinin isə əsir götürüldüyünü bildirmişdi.

Tarix
2026.10.01 / 13:27
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla