Yuxarı

Türmədə yer qalmadı, 700 məhbus vaxtından əvvəl buraxıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türmədə yer qalmadı, 700 məhbus vaxtından əvvəl buraxıldı

Böyük Britaniyada həbsxanalarda yer çatışmazlığı probleminin həlli ilə bağlı hökumət planı çərçivəsində təxminən 700 məhbus vaxtından əvvəl azadlığa buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə “Telegraf” məlumat yayıb.

“Bu gün oğurluq, zorakılıq və məişət zorakılığı da daxil olmaqla, müxtəlif cinayətlərə görə məhkum edilmiş 700 məhbus vaxtından əvvəl azadlığa buraxılıb. Onların hamısı həbsxanada 575 gündən az müddət keçirib və cəzalarının üçdə birini çəkdikdən sonra azad ediliblər.

Böyük Britaniyanın Ədliyyə Nazirliyinin məlumatına əsasən, sentyabrın 28-nə kişi həbsxanalarında 84 953 yerlik ümumi tutumdan cəmi 1 134 boş yer olub. Növbəti 10 ay ərzində təxminən 4 500 məhbus vaxtından əvvəl azadlığa buraxılacaq. Bu qrupların hər birində daha uzunmüddətli həbs cəzası alan şəxslər də olacaq. Sonuncu qrupa 12 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər daxil ediləcək. Cümə axşamından etibarən azadlığa buraxılan bütün məhbuslar elektron qolbaq taxacaqlar”, - məlumatda deyilib.

Tarix
2026.10.01 / 18:38
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla