Yuxarı

Rusiya gəmisi o qədər köhnədir ki... - Britaniya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya gəmisi o qədər köhnədir ki... - Britaniya

Rusiyanın Suriya regionuna gedən böyük gəmi karvanı La-Manş boğazından keçib.

Virtualaz.org-a xəbər verir ki, Rusiyanın yeganə təyyarədaşıyan gəmisi "Admiral Kuznetsov"un başçılıq etdiyi gəmi karvanının boğazdan keçməsini Britaniya mətbuatı izləyib, telekanallar vertolyotlardan çəkiliş apararaq canlı yayım veriblər.

Gəmilər boğazdan keçərkən ətrafa sıx tüstü buraxıblar, lakin qəzetlərin yazdığına görə bu, hərbi məxfilik taktikasından daha çox Rusiya donanmasının sınıq-salxaqlığını Avropanın gözlərindən gizlətmək məqsədi güdür.

'Express' yazır ki, Sovet erasından qalmış "Admiral Kuznetsov" təyyarədaşıyanını yedək gəmiləri müşayiət edir. Britaniya Kral Donanmasının keçmiş zabiti Peter Roberts "Ekspress" qəzetinə deyib ki, dəniz kapitanı üçün öz gəmisinin yanında yedəkçiləri görməkdən dilxoredici səhnə ola bilməz. "Bunu o vaxt edirlər ki, gəmi mütləq sıradan çıxmağa hazırlaşır", - köhnə dənizçi deyib.

Qəzet yazır ki, bu gəmi buxar turbinlərinin rənglənməsi üçün tez-tez porta qayıtmalı olub. Ekspertlərin fikrincə, belə soyuqda köhnə gəmilərin boru sistemlərinin şaxtadan partlaması nadir hadisə deyil. Vaxtilə bu Rusiya gəmilərində olmuş Britaniya matrosları deyirlər ki, onların hətta tualetlərinin bəziləri işləmir.

Ekspertlərin fikrincə, "Admiral Kuznetsov" gəmisi o qədər köhnədir ki, 2011-ci ildə Aralıq dənizindəki ABŞ gəmiləri lazım gəlsə onu xilas etmək üçün çox yaxınlıqda lövbər atırdılar. Lakin köhnəliyinə baxmayaraq 55 min tonluq 'begemot' təpədən-dırnağa silahlıdır və 14 min kilometr məsafə qət edir.

Britaniya sahillərindən keçən Rusiya armadasını Kral Dəniz Donanmasının döyüş gəmiləri qarabaqara izləyiblər və bir an da olsun gözdən qoymayıblar. Kral Hərbi Hava Qüvvələrinin "Rivet Joint" casus təyyarəsi, habelə C130 Hercules və "Typhoon" nəqliyyat və qırıcı təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Tarix
2016.10.23 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Buxara şəhərində İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla