Yuxarı

Çində yaradılan yeni qatar rekord sürət yığacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində yaradılan yeni qatar rekord sürət yığacaq

Çin Xalq Respublikasının CRRS dəmir yolu kompaniyası saatda 600 kilometrədək sürət yığa biləcək yeni qatarın yaradıldığını elan edib.

Axar.az Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, qatar maqnit yastığı üzərində hərəkət edəcək. Müvafiq layihələr bir sıra ölkələrdə - Almaniya, Böyük Britaniya və Yaponiyada reallaşdırılıb. Çinin özündə də Şanxay şəhərini Xuntsyao aeroportu ilə birləşdirən analoji sürət qatarı fəaliyyət göstərir. Lakin CRRS bildirir ki, yeni qatar tarixdə ən sürətlisi olacaq. Onun köməyi ilə Şanxaydan Pekinə yol cəmi iki saat vaxt aparacaq, Londondan Parisə isə 34 dəqiqəyə getmək mümkün olacaq.

Yeni qatarın işə salınması üçün yeni yol yatağı lazım gəlir və kompaniya artıq 5 kilometr uzunluğunda test sahəsinin tikintisinə başlayıb. Yeni qatarlar indikilərə nisbətən 10 faiz az elektrik enerjisi işlədəcək.

Tarix
2016.10.25 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla