Yuxarı

Ermənistana xəbərdarlıq: Pul köçürmələri iki dəfə azalacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana xəbərdarlıq: Pul köçürmələri iki dəfə azalacaq

Ermənistanın Aİİ-yə üzvlüyü dayandırılarsa, Rusiyadan bu ölkəyə pul köçürmələrinin həcmi ötənilki 3,88 milyard dollardan 1,8 milyard dollara qədər azala bilər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələrinin təqdim etdikləri “Ermənistan Respublikasına münasibətdə 29 may 2014-cü il tarixli Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin dayandırılmasının mümkün nəticələri haqqında” adlı məruzədə deyilib.

Sənədə əsasən, Aİİ-yə üzv bütün ölkələrdən Ermənistana pul köçürmələrinin ümumi həcmi 2025-ci ildəki 3,95 milyard dollardan 1,85 milyard dollara düşə bilər.

Qeyd olunub ki, 2025-ci ildə Aİİ ölkələrində çalışan Ermənistan vətəndaşlarının sayı 126,9 min nəfər təşkil edib. Onların 124,6 min nəfəri, yaxud 98,2%-i Rusiyada işləyib. Ermənistanın Aİİ-yə üzvlüyü dayandırılarsa, bu ölkənin vətəndaşlarına İttifaqa üzv dövlətlərdə əmək bazarını tənzimləmək məqsədilə tətbiq olunan kvota məhdudiyyətləri şamil ediləcək. Həmçinin onların gəlirlərinə üçüncü ölkələrin vətəndaşları üçün nəzərdə tutulan vergi rejimi yenidən tətbiq olunacaq. Bu ssenaridə Ermənistandan idxal olunan mallara da üçüncü ölkələrdən gətirilən məhsullar üçün nəzərdə tutulan vergi rejimi tətbiq ediləcək.

Tarix
2026.10.20 / 16:55
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla