Yuxarı

Xamenei bizə dedi ki, bunu həll edin, amma öldürüldü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xamenei bizə dedi ki, bunu həll edin, amma öldürüldü...

İran İslam Respublikasının üzləşdiyi ən pis vəziyyət “nə müharibə, nə də sülh” durumudur.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O qeyd edib ki, İranın öldürülmüş ali rəhbəri Əli Xamenei də vaxtilə bu durumdan çıxmaq üçün müvafiq göstərişlər verib:

“O bizə bildirdi ki, gedin, bu problemi həll edin. Biz də danışıqlar yolu ilə problemi həll etməyə getdik, amma onlar bizim ali rəhbərimizi öldürdülər”.

Pezeşkian iddia edib ki, İran müharibə istəməsə də, heç bir halda gücə və zorakılığa boyun əyməyəcək.

İran Prezidenti Tehranla ABŞ arasındakı münasibətlərin hazırkı vəziyyəti barədə söyləyib:

“Yaranmış vəziyyət sadə deyil, nə bizim, nə də onların maraqlarına uyğundur. Amma onlar xalqımızın hüquq və haqlarını tanımalı, güc tətbiqindən və təcavüzdən əl çəkməlidirlər. Ancaq bundan sonra bir araya gəlib rahatlıqla dialoq apara bilərik”.

Pezeşkian eyn zamanda ABŞ-a müraciət edərək vurğulayıb ki, bütün yolları bağlayıb təhdidlər səsləndirə, eyni anda bizimlə dialoq apara bilməzsiniz:

“ABŞ İran İslam Respublikasının təzyiqlərə tab gətirə biləcəyini düşünmürdü, amma biz müqavimət göstərdik və bundan sonra da müqavimət göstərəcəyik”.

Tarix
2026.10.21 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla