Yuxarı

Liviyada dövlət qurumunun binasına basqın edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Liviyada dövlət qurumunun binasına basqın edildi

Liviyanın paytaxtı Tripolidə bir qrup silahlı şəxs Hesablama Palatasının mənzil-qərargahına basqın edərək, qurumun rəhbərliyində dəyişiklik etməyə çalışıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” məlumat yayıb.

Bildirilib ki, maskalı silahlı şəxslər Ənvər əl-Hauşın Hesablama Palatasının sədr müavini vəzifəsinə təyin olunmasını təmin etmək üçün binaya daxil olublar. O, bu vəzifəyə Ali Dövlət Şurasının sədri Məhəmməd Təkala tərəfindən təyin edilmişdi, lakin qərar həm şuranın özündə, həm də Nümayəndələr Palatasında (ölkənin şərqindəki birpalatalı parlament) etirazlara səbəb olub.

Qeyd edilir ki, basqında iştirak edən şəxslər Milli Razılıq Hökumətinə tabe olan 444-cü Briqadaya mənsubdurlar.

BMT-nin Liviyadakı Dəstək Missiyası Hesablama Palatasının işinə silahlı müdaxilənin dərhal dayandırılmasını və basqınçıların binadan çıxarılmasını tələb edib.

Missiya hesab edir ki, kadr qərarlarının zorla qəbul edilməsi qanunun aliliyinə və dövlət qurumlarının müstəqilliyinə təhlükə yaradır.

Tarix
2026.10.21 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla