Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:44
| Ana səhifə Planet |
|
Ukrayna “Nokia” və İCEYE şirkətləri ilə əməkdaşlıq çərçivəsində özünün peyk rabitə sistemini yaradacaq.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“İCEYE peyk kəşfiyyatı sahəsində ixtisaslaşıb və 2022-ci ildən bəri Ukrayna ilə əməkdaşlıq edir. “Nokia” telekommunikasiya şəbəkələri və təhlükəsiz rabitə sistemləri hazırlayır. Onlar Müdafiə Nazirliyi ilə birlikdə Ukraynanın müstəqil şəkildə idarə edə biləcəyi təhlükəsiz peyk rabitə sistemi yaradacaqlar”, - məlumatda bildirilib.
Qeyd edək ki, Prezident Vladimir Zelenski Finlandiyanın peyk imkanlarından daha çox istifadə etmək üşüm “Nokia” və ICEYE ilə saziş imzaladıqlarını açıqlamışdı.
|
Tarix
2026.10.23 / 14:06
|
Müəllif
Axar.az
|