Yuxarı

Rusiya Xerson istiqamətində atəşkəs elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Xerson istiqamətində atəşkəs elan etdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətinin Oleşki şəhəri yaxınlığında humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar atəşkəs rejimi tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan (Bakı vaxtı ilə 05:00-dan) Xerson istiqamətində atəş dayandırılacaq.

“Xerson vilayətinin Oleşki yaşayış məntəqəsi ərazisində humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Rusiya Silahlı Qüvvələri oktyabrın 27-si saat 04:00-dan etibarən Xerson istiqamətində atəşi dayandırır və sükut rejimi tətbiq edir”, – Gerasimov bildirib.

Atəşkəs rejiminin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan öncə Rusiya və Ukrayna arasında lokal atəşkəs elan ediləcəyi barədə məlumat yayılmışdı.

Tarix
2026.10.23 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla