Yuxarı

ABŞ-da uçan naməlum obyekt göründü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da uçan naməlum obyekt göründü

ABŞ-da hüquq-mühafizə orqanlarının əməkdaşları 2026-cı ildə qırıcı təyyarə sürəti ilə hərəkət etdiyi bildirilən naməlum uçan obyekt müşahidə ediblər.

Aaxr.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin məxfilikdən çıxararaq ictimaiyyətə açıqladığı sənədlərdə bildirilib.

Hesabatlardan birində federal hüquq-mühafizə orqanlarının əməkdaşlarının tutqun qara rəngli, üçbucaq formasında obyekt gördükləri qeyd olunub.

Şahidlərin ifadələrinə görə, obyekt təxminən 10 saniyə ərzində şaquli istiqamətdə yüksəlib. Daha sonra dağ silsiləsinin üzərində, yerdən 60–90 metr hündürlükdə təxminən 20 saniyə hərəkətsiz qalıb. Ardınca qəfil sürətlənərək ərazidən uzaqlaşıb.

Müşahidəçilər obyektin qırıcı təyyarəyə xas sürətlə hərəkət etdiyini, lakin heç bir səs çıxarmadığını bildiriblər.

Sənədlərdə obyektin ölçüləri də təsvir olunub. Belə ki, onun qanad açıqlığının 4–4,5 metr, uzunluğunun 1,8–2,7 metr, qalınlığının isə təxminən 50 santimetr olduğu göstərilib.

Pentaqon ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) həmin obyektlə bağlı oxşar məlumatları əks etdirən hesabatını da yayımlayıb. Sənəddə obyektin istilik şüalanmasının qeydə alındığı bildirilib. Bununla belə, müşahidənin baş verdiyi dəqiq yer və tarix açıqlanmayıb.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, bu, naməlum uçan obyektlərlə bağlı məxfilikdən çıxarılaraq ictimaiyyətə təqdim olunan yeddinci sənəd paketidir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevral ayında hökumətin ehtimal edilən yerdənkənar həyat formaları və naməlum uçan obyektlərlə bağlı sənədləri açıqlayacağını vəd edib. İlk sənədlər paketi isə mayın 8-də yayımlanıb.

Qeyd edək ki, açıqlanan hesabatlarda obyektin mənşəyi müəyyən edilməyib və onun yerdənkənar mənşəli olduğuna dair təsdiq təqdim olunmayıb.

Tarix
2026.10.24 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla